ELM VƏ TƏHSİL
Dördüncü “Yüksəliş” müsabiqəsində 10 mindən çox vətəndaşın iştirakı gözlənilir
01.03.2024 [15:11]
Xəbərin mətni
Bu il baş tutacaq müsabiqədə 10 mindən artıq vətəndaşın iştirakı gözlənilir. Ümumi biliklərin yoxlanıldığı ilk mərhələ onlayn olsa da, digər mərhələlər əyani surətdə baş tutacaq. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib. O bildirib ki, müsabiqənin ilk mərhələsi onlayn formatda DİM-də həyata keçiriləcək.