Azərbaycan Dövlət İnformasiya Agentliyi

Eşqi Bağırov: Bağçalarda çalışan tərbiyəçilər üçün bu il sertifikatlaşdırma prosesi keçirilməyəcək

06.03.2024 [15:56]

Xəbərin mətni

Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilər üçün cari ildə sertifikatlaşdırma prosesi keçirilməyəcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib. O bildirib ki, tərbiyəçilər üçün cari ildə yalnız diaqnostik qiymətləndirmə keçiriləcək: “Bu, bütün ölkədə elektron qaydada tətbiq olunacaq. 60 sualdan ibarət olan tapşırıqlar nəzəri, psixoloji suallardan ibarət olacaq. Diaqnostikaya 1 ay qalmış tərbiyəçilərə bu barədə məlumat veriləcək”.