ELM VƏ TƏHSİL


Laçın rayonunda ilk dəfə buraxılış imtahanı keçirilib

Martın 10-da Dövlət İmtahan Mərkəzinin Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəblərində buraxılış imtahanı keçirib. Bu, işğaldan azad olunmuş Laçın rayonunda təşkil edilən ilk imtahandır.
AZƏRTAC-ın bölgə müxbiri Laçın şəhərindəki 2 nömrəli tam orta məktəbdə keçirilən buraxılış imtahanının gedişi ilə tanış olub. Məktəbdə şagirdlərin rahat şəkildə imtahan vermələri üçün zəruri şərait yaradılıb. İmtahan rəhbəri Elçin Süleymanov bildirib ki, 4 şagirdin iştirak etdiyi imtahan hər yerdə olduğu kimi, saat 11.00-da başlayıb və 3 saat davam edib. İmtahanlar mövcud təlimata uyğun keçirilib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.