Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xocalı soyqırımın qurbanları ilə vida mərasimi keçirilib

31.03.2024 [10:52]

Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib.
AZƏRTAC-ın Bərdəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutan vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.