CƏMİYYƏT


Xocalı soyqırımı qurbanlarından 7 nəfəri dəfn edilib

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi Xocalıda yeni salınan Şəhidlər xiyabanında dəfn edilib.
Bu barədə AZƏRTAC-ın Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.
Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.