CƏMİYYƏT


Bakı Dövlət Universitetinin müəllim və tələbə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi bir qrup müəllim və tələbələrlə birlikdə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin nümayəndə heyəti kompleksin ərazisində soyqırımı qurbanlarının xatirə abidəsinin önünə əklil və gül dəstələri qoyublar.