ELM VƏ TƏHSİL


Şəki-Zaqatala bölgəsi üzrə 6 məktəbli buraxılış imtahanlarında 300 bal toplayıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 6 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib. Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, martın 3-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi Zərifə İlyasova, Şəki şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Fatimə Teymurlu, Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Amalya Əliyeva, Qəbələ rayonu Həmzəlli kənd tam orta məktəbin şagirdi Elşən Yusibov, Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbin şagirdi Səidə Rəhimova və Qəbələ şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Lalə Xancanova 300 bal toplayıblar.