Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

İrpendə akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib

15.04.2024 [16:50]

Xəbərin mətni

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 39-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev, İrpen şəhərinin meri Oleksandr Markuşin, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, səfirliyin diplomatları, İrpen şəhər meriyasının rəsmiləri, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin kollektivi və yerli media təmsilçiləri iştirak ediblər.