ELM VƏ TƏHSİL


Prorektor: Kibermühit yeni fenomendir və biz bu məsələni nəzarətdə saxlamalıyıq

Azərbaycan çoxmədəniyyətli ölkədir. Biz müxtəlif mədəniyyətlərin qovşağında yaşayırıq və bu bizim həyat tərzimizdir. Lakin radikal ekstremist ideologiya və tolerantlıq arasında mübarizə var. Bəzən resurslar məhdud olur. Belə anlarda yaradıcı olmalısınız. AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” panelində deyib.