ELM VƏ TƏHSİL


Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib

ADA Universiteti tərəfindən “Hacı Zeynalabdin Tağıyev mükafatı”nın təqdim edilmə mərasimi keçirilib. Mərasim Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evində baş tutub.
Azərbaycana öz xeyriyyəçilik fəaliyyətləri ilə böyük töhfələr vermiş bu görkəmli şəxsiyyətə həsr olunan mükafat ADA Universitetinin tələbə icmasının “ən sosial məsuliyyətli vətəndaşları”na verilir. Bu adı qazanmaq üçün ADA Universitetinin tələbələri qruplar formalaşdıraraq seçdikləri mövzu üzrə tədris ili boyunca işləyərək layihələr irəli sürüblər və bu layihələrin bütün mərhələlərini müxtəlif vaxtlarda icra ediblər.