SİYASƏT


Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

 “Azərbaycan-Türkiyə: Ortaq Yüzüncü il” Platformasının sədri Elmin Sadıqov tədbirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyinə həsr edildiyini söyləyib. Türkiyə ilə Azərbaycan arasında münasibətlərdən danışan E.Sadıqov ölkələrimizin bir-birinə sarsılmaz tellərlə bağlı olduqlarını deyib. Bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri müasir dünya liderləri Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yüksələn xətlə inkişaf edir.