Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib

18.05.2024 [17:52]

Xəbərin mətni

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə IV sinif şagirdlərinin monitorinqi keçirilib. Sabah isə 6-cı sinif şagirdləri monitorinqdə iştirak edəcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında 250 ümumtəhsil müəssisindən 7209 şagird monitorinqdə iştirak edib. Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidovun sözlərinə görə, IV sinif şagirdlərinin monitorinqi iki fənn üzrə - tədris dili və riyaziyyat üzrə aparılıb. Hər iki fəndən 30 sual olmaqla, şagirdlərə 60 sual təqdim olunub və sualların cavablandırılması üçün 120 dəqiqə vaxt verilib.