Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub

21.05.2024 [18:48]

Xəbərin mətni

Gecə saatlarından yağan leysan yağışları Zaqatala rayonunun bir neçə yaşayış məntəqəsində fəsadlar törədib.
Rayon Fövqəladə Hallar Komissiyasının üzvü Ülviyyə Şabanova AZƏRTAC-a açıqlamasında bildirib ki, aramsız yağan leysan rayonun ucqar Üçüncü Tala kəndində qrunt sularının artmasına və fəsadlara səbəb olub.
Onun sözlərinə görə, bu fəsadların baş verməsinin bir səbəbi də arx və kanallara sakinlər tərəfindən müxtəlif diametrli boruların düzülməsidir ki, nəticədə axının qarşısı alınır və su daşaraq həyətlərə dolur.