CƏMİYYƏT


Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır

Birinci Qarabağ müharibəsi dövründə yüzlərlə itkin düşən soydaşımızdan hələ də xəbər-ətər yoxdur. Ata-analar 30 ildən çoxdur övlad yolu gözləyir, bacı-qardaşlar valideynlərinin məzarlarını axtarır. Quliyevlər ailəsi də onlardan biridir. Bu ailə 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşüb. Ailənin altı övladı “Tunel faciəsi”ndə min bir əzab görüb. Bu ailənin üç övladından hələ də xəbər yoxdur.