CƏMİYYƏT
Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev Tərtərdə torpağa tapşırılıb
22.05.2024 [17:48]
Xəbərin mətni
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Əliyev Ədalət Veysəl oğlu Tərtərdə dəfn edilib. Ədalət naməlum şəhid kimi Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərindəki Şəhidlər abidə kompleksində rayon sakinlərinin, şəhidlərin ailə üzvlərinin, Tərtər və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.