CƏMİYYƏT


Şəhid Zülfüqar Abbasovun nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Otuz il əvvəl Ağdərə uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri də Abbasov Zülfüqar Kamil oğludur. Zülfüqar naməlum şəhidlərimizdən biri olaraq Gəncə Şəhidlər xiyabanında dəfn edilmişdi. Ekshumasiya nəticəsində kimliyi məlum olan Zülfüqar Abbasovun nəşinin qalıqları mayın 22-də ata-baba yurdu Sabirabadda torpağa tapşırılıb.