CƏMİYYƏT


Şəhid Şöhrət Nuriyevin nəşinin qalıqları Ucarda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nuriyev Şöhrət Telman oğlunun meyitinin qalıqları Ucar rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi rayonun Əlikənd kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.