CƏMİYYƏT


Şimal regionunda istismarına icazə verilən obyektlərin çıxarışları sahibkarlara təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fərmanın icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən mayın 22-də Xaçmaz və Quba rayonlarında bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.