CƏMİYYƏT


Daşı daş üzərində qalmayan Mincivan yenidən qurulacaq

Əsrarəngiz təbiət barədə hər zaman çox eşitdiyimiz Zəngilanın Mincivan qəsəbəsindəyik. İşğal dövründə qəsəbədə bütün evlər və binalar tamamilə dağıdılıb. Elə buranın da vaxtı ilə Mincivan otelin binası olduğu deyildi. Ancaq qeyd etməliyəm ki, Mincivan qəsəbəsində də təməllər atıldı. Böyük Qayıdış proqramına dair 2040-cı ilədək Mincivan qəsəbəsində 630 fərdi yaşayış evi və bir neçə bina tikiləcək, bununla yanaşı həm də ictimai iaşə obyektləri, otel və restoranların da tikintisi nəzərdə tutulub. Bununla da 9 mindən çox Mincivan sakini öz doğma yurduna qayıdacaq.