Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda saxlanılan iki narkokuryerdən 18 kiloqram marixuana aşkarlanıb

23.05.2024 [13:13]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş Elxan Əlifxanov və tanışı Ravil Rəfiağayev saxlanılıblar. Onların üzərində, həmçinin R.Rəfiağayevin idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 18 kiloqram marixuana və narkotiklərin dövriyyəsində istifadə olunan bank kartı aşkarlanıb.