CƏMİYYƏT


Şimali Kipr Türk Respublikasından olan şəhid ailələri Şuşada

Şimali Kipr Türk Respublikasından (ŞKTR) şəhid ailələrindən və ictimai xadimlərdən ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. İyirmi nəfərlik heyətin 12 nəfəri şəhid ailələrinin üzvləri olub. Onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri müşayiət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan tikinti-quruculuq işləri və təbiəti ilə tanış olublar. Onlar Cıdır düzünə gedib, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Xan qızı bulağını, Şuşa qalasını ziyarət ediblər.