Otuz il əvvəl şəhidlik zirvəsinə ucalan üç döyüşçü Şabranda dəfn olunub
23.05.2024 [19:06]
Xəbərin mətni
Birinci Qarabağ müharibəsinin şəhidləri Mirzəyev Rahib Ağaseyid oğlu, Şaxayev Cəlil İsa oğlu və Əmrullayev Rza Qəzənfər oğlunun cəsədlərinin qalıqları mayın 23-də Şabrandakı Şəhidlər xiyabanında dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1994-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçülər ölümlərindən 30 il sonra doğma yurdlarında torpağa tapşırılıblar.