Təhsilverənlərin etik davranış Qaydaları təsdiqlənib
27.05.2024 [18:36]
Elm və Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə Təhsilverənlərin etik davranış Qaydaları təsdiqlənib. Yeni qaydalarda bir-çox yeniliklər yer alıb. Diqqəti cəlb edən məqamlardan biri sosial şəbəkələrdə paylaşımlarla bağlıdır. Yeni qaydalara görə, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.