ELM VƏ TƏHSİL
Peşə və Ali təhsil müəssisələrində yeni güzəştlər tətbiq olunmağa başlayıb
31.05.2024 [12:15]
Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1145-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. Yeni fərmanda əksini tapan dəyişikliklər və güzəştlər haqqında Elm və Təhsil Nazirliyinin əməkdaşı Cabbar Hüseynli medianın suallarını cavablayıb.