Böyük Qayıdışın uşaqları
01.06.2024 [11:14]
Xəbərin mətni
Böyük Qayıdışın sevinci yaşamaq onların da qismətinə düşüb: uzun illər ərzində yurd həsrəti çəkmiş ata-anaları, baba-nənələri ilə birlikdə… Vətən savaşındakı qələbəmiz məhz onların indi və gələcəkdə dinc və layiqli ömür sürməsi, daim bəxtiyar olması üçündür!
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, keçmiş məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün həyata keçirilən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində videoçarxların hazırlanması davam etdirilir.