Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatala sakininin evini ildırım vurub

01.06.2024 [13:09]

Xəbərin mətni

Gecə saatlarında Zaqatala rayonu ərazisində güclü ildırım çaxma hadisəsi qeydə alınıb.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a verilən məlumata əsasən axşam saatlarından başlayaraq şimal-qərb bölgəsində olduğu kimi Zaqatala rayon ərazisində də qeyri-sabit hava şəraiti hökm sürüb. Gecə saatlarından başlayaraq isə güclü ildırım çaxmaları müşahidə edilib.