Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda şəhid övladlarının bayram sevinci

01.06.2024 [15:53]

Xəbərin mətni

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində şəhid övladı olan uşaqlar üçün “açıq qapı günü” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr idarəsi və Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Bayrağı meydana gətirilib, Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.