Ölkəyə 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb
01.06.2024 [17:47]
Xəbərin mətni
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyata keçirdiyi sonuncu əməliyyat zamanı 60 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Abşeron rayonu ərazisində keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunan 1994-cü il təvəllüdlü Ülvi Məmmədov saxlanılıb. Ondan 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginəşdirilmiş marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin İran vətəndaşı "Hacı" adlı şəxs tərəfindən Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə göndərildiyini və Sabunçu rayonunda əldə etdiyini bildirib.