Laçın dağları üzərində qartal görüntüləri
01.06.2024 [18:05]
Füsunkar təbiəti ilə göz oxşayan Laçın hər fəsildə özünə məxsus gözəlliyi ilə diqqət çəkir. Zəngin floraya malik dağları olan Laçın, bir o qədər də faunası ilə məhşurdur. Dağlarında tez-tez rast gəlinən heyvan və quşlar təbiətə bir ayrı gözəllik verir. Bu dəfə Laçın dağlarının üzərində qanad açıb süzən Qartal maraqlı anlara səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın dağlarının üzərində süzən Qartalın görüntüləri Laçın şəhər sakini Orxan Cəbrayıl tərəfindən günorta saatlarında qeydə alınıb.