Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Autizmli uşaqların 1 İyun sevinci

01.06.2024 [18:53]

"Birgə və Sağlam" İctimai Birliyinin təşəbbüsü ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş yürüş keçirilib. Yürüşün məqsədi ictimaiyyətin diqqətini autizmli uşaq və gənclərə yönləndirmək, onların cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulamaq, inklüziv dəyərlərin təşəkkülünə töhfə verməkdir. Təqribən 50 nəfərin iştirak etdiyi yürüş Dənizkənarı Milli Parkdan start götürüb, Fəvvarələr Meydanında başa çatıb.