CƏMİYYƏT
İsmayıllıda baş verən dəhşətli yol qəzasının bəzi təfərrüatları məlum olub
02.06.2024 [12:36]
Xəbərin mətni
Ötən gün axşam saatlarında İsmayıllı rayon Qarakolluq kənd sakini 24 yaşlı Dəmirov Abuzər Azər oğlu, qardaşı Dəmirov Nurlan Azər oğlu və yaxın qohumı Abbasov Müşfiq Rza oğlu minik avtomobili ilə İsmayıllıdan Göyçaya gedərkən yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun qardaşı, 2005-ci il təvəllüdlü Dəmirov Nurlan Azər oğlu və 1989-cu il təvəllüdlü Abbasov Müşfiq Rza oğlu isə ağır yaralanıb.