CƏMİYYƏT


Kürdəmirdə yol qəzasında sürücü ölüb

Kürdəmirdə baş verən yol qəzasında sürücü ölüb.
AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmirin Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, yük maşınının sürücüsü 1964-cü il təvəllüdlü İntiqam Qələndərov Gəncə istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı beton lövhəyə çırpılıb, daha sonra əks yola çıxaraq yol kənarına aşıb. Hadisə zamanı sürücü ağır bədən xəsarəti alıb. Yaralı təcili-tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.