COP29
İna Koşeru: COP29 iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə öz töhfəsini verəcək
03.06.2024 [13:06]
Xəbərin mətni
Bu il “Şərq Tərəfdaşlığı” təşəbbüsü regionunda çox vacib beynəlxalq konfrans Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu tədbir Bakıda təşkil olunacaq. Biz azərbaycanlı həmkarlarımızın uğuruna sevinirik. Biz bilirik ki, bu cür mötəbər tədbiri üzərinə götürmək nə dərəcədə məsuliyyətli və çətin işdir. Bakı beynəlxalq səviyyədə bütün ölkələrin nümayəndələrini qəbul edəcək. Mən Azərbaycan dövlətinə, oradakı həmkarlarımıza bu işdə uğurlar arzulayıram.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Moldova Parlamentinin Xarici siyasət və Avropaya inteqrasiya komitəsinin sədri İna Koşeru söyləyib.