CƏMİYYƏT


“Ünvanlı yardım” elektron sistemi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yenidən qurulub

Ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ünvanlı yardım” elektron sistemi yenidən qurulub.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bu gün keçirilən brifinqdə deyib.