CƏMİYYƏT


Bakı aeroportunda ilk FOD toplanma kampaniyası keçirilib

Heydər Əliyev Beynəlxalq Aeroportunda ilk dəfə “Uçuşların təhlükəsizliyi həm də təmizlikdir!” şüarı ilə FOD (Foreign Object Debris/ Kənar Əşya Qalıqları) toplama kampaniyası həyata keçirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-a bildirilib ki, FOD uçuş-enmə zolaqlarında, sürmə yollarında və texniki xidmət sahəsində aşkar edilmiş, təyyarə üçün təhlükə yarada bilən hər hansı yad obyekt qalığıdır. Kampaniya çərçivəsində hava limanının əməkdaşları aviasiya xidmətlərinin digər nümayəndələri ilə Bakı aeroportunun uçuş-enmə zolağının, perron və ətraf ərazilərinin təmizlənməsi üçün bir araya gəliblər.