CƏMİYYƏT


AZAL-ın Rumıniyaya birbaşa uçan təyyarəsi Buxarest aeroportuna eniş edib

Bu gün “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) təyyarəsi Buxarestin “Henri Coanda” adına Otopeni aeroportuna ilk enişini edib. Rumıniya adət-ənənəsinə uyğun olaraq yerli aeroportlara ilk uçuşunu edən təyyarələr yanğınsöndürən maşınlarla hər iki tərəfdən sulanır.
AZƏRTAC xəbər verir ki, milli aviadaşıyıcının təyyarəsi Rumıniya İqtisadiyyat Nazirliyinin, “Henri Coanda” aeroportunun rəhbərliyi, Rumıniyanın nüfuzlu turizm şirkətlərinin rəhbərləri, hər iki ölkənin diplomatları tərəfindən qarşılanıb.