Valideynlərin nəzərinə: Bu məktəblərə sərbəst qəbul başlayıb
03.06.2024 [16:06]
Bugündən uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılır. Sərbəst qəbul Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən 32 ümumi təhsil müəssisəsində aparılacaq. Qeyd edək ki, bu tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq. Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı “mektebeqebul.edu.az” saytında tanış olmaq olar.