Azərbaycan Dövlət İnformasiya Agentliyi

Metronun “Neftçilər” stansiyasında təlim keçirilib

03.06.2024 [16:23]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Neftçilər” stansiyasında taktiki-xüsusi təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.