İçərisində 4 nəfərin olduğu avtomobil Kür çayına düşüb: Ölənlər var
03.06.2024 [17:34]
Tovuzda bədbəxt hadisə baş verib. Hadisə Kür çayının rayonun Hunanlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Bayramlı kənd sakini 35 yaşlı Tural Quliyev idarə etdiyi VAZ 21 07 markalı avtomobillə Kür çayına düşüb. Həm vaxt avtomobildə Abulbəyli kənd sakinləri 33 yaşlı Vüqar Cəfərov, 36 yaşlı Elxan Sadıqov və 32 yaşlı Turqut İbrahimov da olub. Nəqliyyat vasitəsini suya düşdükdən sonra Turqut İbrahimov üzərək sudan çıxa bilib. Digər üç nəfər isə avtomobillə birlikdə batıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli gəmilərə nəzarət sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Hazırda Kürdə batan şəxslərin axtarışları davam etdirilir.