Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Saatlıda narkotiklərlə əlaqədar 7 nəfər saxlanılıb

04.06.2024 [10:30]

Xəbərin mətni

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Elnur Qəhrəmanov və qardaşı Samir saxlanılıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.Vurğulanıb ki, onların yaşadığı ünvandan 17 ədəd xüsusi aqrotexniki qaydada yetişdirilmiş çətənə kolu aşkarlanıb.