Binəqədi rayonunda may ayında narkotiklərlə bağlı 65 fakt müəyən edilib
04.06.2024 [13:02]
Binəqədi Rayon İdarəsinin (RPİ) əməkdaşlarının may ayı ərzində keçirdikləri silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 65 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən külli miqdarda müxtəlif növ narkotik maddə və psixotrop maddə çıxarılıb. Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 8 odlu silah, o cümlədən 4 “Kalaşnikov” avtomatı, 4 “Makarov” tapançası və 81 ədəd patron polis əməkdaşlarına təhvil verilib.