Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilir

04.06.2024 [15:30]

Xəbərin mətni

Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən Türk Ədliyyə Təlim Şəbəkəsinin fəaliyyəti çərçivəsində “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində ədliyyə naziri Fərid Əhmədov, Baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Sədi Cəfərov iştirak edib.
İyunun 4-ü və 5-i tarixlərində Bakı şəhərində keçirilən konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasından 30-a yaxın nümayəndə iştirak edir.