CƏMİYYƏT


Suraxanı rayonunda saxlanılan 4 narkokuryerdən 3 kiloqram heroin və marixuana aşkarlanıb

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə Bakı şəhər sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Avtandil Məhərrəmov, Vüsal Kazımov, Rail Bayqulov və Nadim Soltanov saxlanılıblar. Bu şəxslərdən 3 kiloqram heroin və marixuana aşkarlanıb. N.Soltanovun əlavə olaraq Suraxanı rayonunda bir nəfərə qarşı xuliqanlıq hərəkətləri etdiyi də məlum olub.