Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Cəlilabadda mikroavtobus aşıb, sərnişinlərdən 2 nəfər ölüb

06.06.2024 [12:07]

Xəbərin mətni

Cəlilabadda dəhşətli yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, yaralılar var.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.