CƏMİYYƏT


Sabunçu rayonunda 4 narkokuryerdən 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə paytaxt sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Akşin Rüstəmov, Vüqar Mehtiyev, Böyükağa Məmmədov və Nail Şükürov saxlanılıb. Onlardan 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə təyin olunan ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil ediblər.