CƏMİYYƏT


Şuşada 32 ildən sonra yeni həyata başlayacaq

Ömrünün 32 ilini məcburi köçkün kimi Bakıdakı yataqxanalardan birində ağır şəraitdə yaşamış Birinci Qarabağ müharibəsinin veteranı Əsədov Əbülfət ailəsi ilə birlikdə doğma Şuşaya köçür. Ağrı-acılar bitir, yeni həyat başlayır. O çətin zamanda hətta toy etmədən evlənən veteran üçün Şuşaya qayıdış əsl toy-bayramdır...
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində, müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.