Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında işaxtaranlara 335 vakansiya təklif olunub

06.06.2024 [15:31]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Agentlik tərəfindən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə Laçında növbəti əmək yarmarkası təşkil olunub.