Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN minatəmizlə işlərinin gedişi ilə əlaqədar Ağdam rayonuna mediatur təşkil edib

06.06.2024 [15:55]

Xəbərin mətni

İşğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü işlərlə tanışlıq üçün iyunun 6-da Ağdam rayonunun Suma və Nəmirli kəndinə mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mediaturun məqsədi bu ərazilərin minalardan və partlamamış hərbi sursatlarından təmizlənməsi sahəsində FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən görülən işlərin işıqlandırılmasıdır.