Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə 4 mərkəzi su anbarı inşa olunub

06.06.2024 [17:23]

Xəbərin mətni

Füzuli şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ötən il mayın 5-də qoyulub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən icra olunan layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.