Şəhid Ədalət Abbasovun nəşinin qalıqları Gəncədə dəfn olunub
06.06.2024 [17:58]
Xəbərin mətni
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və kimliyi müəyyənləşdirilən Abbasov Ədalət Vilayət oğlunun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Abbasov Ədalət Vilayət oğlunun nəşi Daşkəsəndə izdihamla qarşılanaraq, ailəsinin yaşadığı Xoşbulaq kəndinə aparılıb. Şəhidin ailəsinin yaşadığı evdə cənazə namazı qılınıb, dualar oxunub.